Dünən axşam Musa Təranəni tüfənglə vurmaq istədi!

Dünən axşam Musa Təranəni tüfənglə vurmaq istədi!

15 Aprel 2013 13:45
Bəyəndim (0) Bəyənmədim (0)
İki həftədir mətbuatdan gizli ayrılmış cütlüyün işi hazırda 17-ci Polis Bölməsində araşdırılır

Xəbər verdiyimiz kimi, Musa Musayevlə Təranə Qumral qalmaqalla ayrılıblar. Oxumeni.az-ın etibarlı mənbədən əldə etdiyi ən son məlumata görə, cütlük təxminən 2 həftə əvvəl Nərimanov rayon məhkəməsində rəsmi qaydada boşanıb. Lakin bu xəbər tərəflərin razılığı ilə mətbuatdan gizli saxlanılıb. Fakta aydınlıq gətirmək üçün Musa Musayevlə əlaqə saxladıq. Müğənni deyilənləri təsdiqləyərək ayrılmaqlarının səbəbini açıqladı: "Təranədən çoxdan şübhələnirdim. Telefonda başqa bir kişi ilə danışdığını, onunla eşq yaşadığını hiss edirdim. Dünən yataq otağında Təranənin onunla gizli danışığını tutdum. Təranəni ov tüfəngi ilə vurmaq istədim, alınmadı, qaçıb qonşuda gizləndi. O, məndən 17-ci Polis Bölməsinə şikayət edib", - deyə açıqlama verən M.Musayev həyatının 17 ilini Təranə Qumrala həsr etdiyi üçün peşman olduğunu sözlərinə əlavə etdi: "Ona görə uzun illərdir Cabbarla küsülü idim. Onu çox sevirdim, inanırdım. Amma sən demə, Təranə q...ə imiş. Məni şəmkirli biznesmenlə aldatdı. Özü mənə dedi ki, daha məni sevmir, onu sevir".

Xatırladaq ki, Təranə Qumral 2 nəvənin nənəsidir.

P.S. Qarşı tərəfin fikrini dinləməyə hazırıq.

Şəlalə Nəriman

O.M