Musa Musayev Təranə Qumralı fahişə adlandırdı

Musa Musayev Təranə Qumralı fahişə adlandırdı

15 Aprel 2013 13:04
Bəyəndim (2) Bəyənmədim (1)
“Mən indən belə onun yanına qayıtsam, başıma arvad kimi yaylıq bağlayaram”

Uzun illərin duet ortağı, romantik sevgililər Musa Musayev və Təranə Qumral cütlüyü qalmaqalla ayrıldı. Oxumeni.az-ın etibarlı mənbələrə istinadən verdiyi məlumata görə, Musa Musayev Təranə Qumralı xəyanətdə ittiham edir. Belə ki, Təranə Qumralın mütəmadi olaraq telefon vasitəsilə başqa bir kişi ilə danışdığını, onların arasında gizli münasibətlərin olduğunu təsbit edib. Məlumatda o da bildirilir ki, cütlük arasında yaranan münaqişə polis orqanları tərəfindən araşdırılır.

Musa Musayevin etibarlı mənbəyə verdiyi açıqlamaya görə, o, Təranə Qumralla yollarını ayırıb. "Mən indən belə onun yanına qayıtsam, başıma arvad kimi yaylıq bağlayaram" deyə M.Musayev açıqlama verib.

Şəlalə Nəriman

O.M.