Yep-yeni serial, yep-yeni heyət!

Yep-yeni serial, yep-yeni heyət!

1 Aprel 2013 10:07
Bəyəndim (0) Bəyənmədim (0)
"Kayıp Şehir"dən sonra...

"Kanal D"də ekrana gələn "Kayıp Şehir"i 26-cı bölümündə bitirən Tomris Giritlioğlu yeni bir layihə üçün qollarını çirmələdi. Belə ki, o, kanal üçün yeni bir serial hazırlayır. Hansı ki, bu serialın baş rollarını "Kayıp Şehir"in Kadiri - Nik Xhelila və Fahriye Evcen paylaşacaqlar. Ulduzlar proyektdə böyük bir sevgiyə yelkən açacaqlar. Serial üçün hazırlıqlar və komanda heyətinin dəqiqləşdirilməsi davam edərkən, biz də qeyd edək ki, layihə qədimi türk filmlərini yada salacaq. Mövzusu isə zəngin qız və kasıb oğlan sevgisi olacaq.

Günel Həbib

O.M.