İbrahim geri dönür

İbrahim geri dönür

4 May 2011 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyada müalicəsi davam edən İbrahim Tatlısəslə telefon əlaqəsi yaradan Sibel Can açıqlama verdi: "Tatlısəsin səsini eşitmək çox gözəl idi. Həyatımın ən xoşbəxt günlərindən birini yaşadım. Onun səsi çox yaxşı gəlirdi. 1 ay sonra Türkiyəyə gələcək. O, səhnələrə dönənə qədər hər konsertimdə İbrahimin mahnılarını oxuyacam. Səhnədə yerini alsın, yenidən duetlər oxuyacağıq. İnşallah, birlikdə konsert verəcəyik. Onun eks İbodan fərqsiz halda geri dönəcəyinə inanıram".

Günel Həbib