Röya Ayxan Sevda Yəhyayevadan küsüb

Röya Ayxan Sevda Yəhyayevadan küsüb

4 May 2011 10:29
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənnilər açıq mübarizəyə başlayıblar

İki müğənni arasında qalmaqalın səbəbini dəqiq bilməsək də, ortalıqda müxtəlif təxminlər var. Onlardan biri və ən çox ehtimal olunanı Röyanın Sevdadan borc pul istəməyi və ikincinin rədd cavabı verməyidir. Belə ki, adıçəkilən müğənnilərə yaxın olan mənbələrin bildirdiyinə görə, Röya Ayxan Sevda Yəhyayevanın karyerasının inkişafında müstəsna xidmətlər göstərmiş, aralarında sıx dostluq münasibətləri formalaşmışdı. Bunun müqabilində Röya hələlik açıqlanmayan səbəblərdən Sevdadan borc pul istəmişdi. O da müxtəlif bəhanələrlə rədd cavabı vermişdi.


Bundan sonra rəfiqələr arasında münasibət korlanmağa başladı. Röya Sevdadan incidiyi üçün onunla əlaqələrini kəsməyi qərara aldı. Hətta deyilənə görə, o, bir neçə dəfə elədiyi yaxşılıqları nümayişkaranə şəkildə Sevdanın başına qaxmışdı. Bu isə gənc müğənninin xətrinə dəymişdi.


Hal-hazırda müğənnilər arasında yaranmış konflikt açıq mübarizə müstəvisinə keçid alıb. Artıq Röya efirlərdən eks rəfiqəsinin, indiki rəqibinin ünvanına atmacalar atır. Sevda Yəhyayeva isə üz-üzə mübarizədən çəkindiyi üçün başqa yollara əl atır. Röyanın dediyinə görə, sosial şəbəkə Facebookda onun ünvanına nalayiq ifadələr dolu məlumatlar yerləşdirilir. Birbaşa ad çəkilməsə də, şübhələr istər-istəməz Sevdanın üzərinə yönəlir.


Onu da qeyd edək ki, Sevdanın qısa zamanda karyerada inkişaf etməsində icra strukturlarının birinin rəhbərliyində çalışan yüksək vəzifəli şəxsin rolu vardır...

Könül Aypara

O.M.