VİDEO: Aybəniz Haşımovadan yeni duet

VİDEO: Aybəniz Haşımovadan yeni duet

28 Fevral 2013 12:10
739
Bəyəndim (0) Bəyənmədim (0)
Dueti sizlərə təqdim edirik

Əməkdar artist Aybəniz Haşımova ilə bir neçə duet mahnı ərsəyə gətirib, klip çəkdirən Azərbaycan Milli Konservatoriyasının solisti, müğənni Rövşən Əziz yaradıcılığının növbəti pilləsində xanım sənətçi ilə də birgə addımlaycacaq. Məlumata görə, sənətində əməkdar artistdən böyük dəstək görən Rövşən Əzizin yaxın aylar üçün layihələri vəd edir. Gülara Əliyeva adına "Dan ulduzu" ansamblının solisti olan Rövşən ən böyük layihəsini bu istiqamətdən başlayacaq. Belə ki, o, ansamblın müşayiəti ilə klassik mahnıları öz dəsti xəttində ifa edib, albom şəklində hazırlayacaq. Yüksək keyfiyyətdə hazırlanacaq albom üçün sənətkarların iştirakı ilə təqdimat mərasimi keçiriləcək.
R.Əzizin daha bir yeniliyi növbəti vətənpərvər mahnıdır. Gülağa Tənhanın sözlərinə bəstələnmiş "Azərbaycan" adlı mahnı yaxın günlərdə eşidiləcək.
"Eyni zamanda Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevanın mahnılarını oxuyacam. Artıq studiya hazırlıqları başlayıb. Repertuarımı klassik və müasir bəstələr üzərində yeniləyirəm. Aybəniz xanımla da əməkdaşlığımız davam edir. Sənətinə hörmət etdiyim bu xanım mənə hər zaman dəstək olur". Aybəniz Haşımova ilə Rövşən Əzizin sonuncu duetini təqdim edirik:

O.M.