VIDEO-Azərbaycanlı müğənni klipinə Tarkanın kameralarını gətizdirdi

VIDEO-Azərbaycanlı müğənni klipinə Tarkanın kameralarını gətizdirdi

27 Fevral 2013 10:24
Bəyəndim (0) Bəyənmədim (0)

Son vaxtlar səsi maqazin verilişlərindən gələn biznesmen-müğənni Orxan Babazadə, nəhayət ki, sözləri və musiqisi Ceyhun Əliyevə məxsus "Sən mənim gözəlimsən" adlı mahnısına klip çəkdirib. Rejissor Anar Hüseynovun ekran həyatı verdiyi bu klipdə Orxan tam fərqli bir imicdə görünüb. Klip boyu 3 kostyum dəyişən O.Babazadə çəkiliş üçün avadanlıqları Türkiyədən sifariş edib. Xatırladaq bu avadanlıqdan ilk dəfə meqa star Tarkan kliplərində istifadə edib. Türkiyəyə böyük ümidlər bəsləyən Orxan yaxın günlərdə ora yola düşməyə hazırlaşır. İstanbulda türk məşhurları ilə görüşü gözlənilən Orxan yeni klipi "Sən mənim gözəlimsən"i Türkiyənin məşhur "Kral pop" musiqi telekanalına təqdim edəcək.

Şəlalə Nəriman

O.M.