"Kayıp Şehir"ə yeni kanal

"Kayıp Şehir"ə yeni kanal

26 Fevral 2013 10:23
Bəyəndim (0) Bəyənmədim (0)
Serial bitməyə bilər...

Xəbər verdiyimiz kimi, "Kanal D" ekranlarında yayımlanan və kifayət qədər ətrafına fan ordusu toplayan "Kayıp Şehir" serialı ilə bağlı açıqlama gəlmişdi. Açıqlamada bildirilmişdi ki, serial 18 mart günü final bölümü ilə izləyicilərlə vidalaşacaq. Lakin sosial şəbəkələrdə serialın bitməməyi ilə bağlı başlayan kampaniya istehsalçıların ürəyini bir az da olsa yumşalda bildi. Hazırda serialın davam etməsi üçün telekanalla danışıqlar aparılır. Digər tərəfdən isə aldığımız xəbərə görə, "Kayıp Şehir" kanal da dəyişə bilər. Belə ki, istehsalçı şirkətin "Show Tv" ilə görüşdüyü, lakin maddi tərəfdən hələ ki. narazılıqların davam etdiyi qulağımıza gələn xəbərlər arasındadır.

Günel Həbib

O.M.