ATV canlı yayımda biabırçılıq oldu

ATV canlı yayımda biabırçılıq oldu

3 May 2011 17:22
Bəyəndim (0) Bəyənmədim (0)
Populyar aparıcının və Xalq artistinin savadsızlığı

"Yaxşıların yaxşısı" mükafatının laureatı İlhamə Quliyeva bu dəqiqələrdə canlı yayımlanan "Onun yarısı" verilişində dəhşətli bir səhv buraxdı. Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovu Qismət Bağırov adlandırdı. Daha doğrusu, müğənni nazirin familiyasını söylədikdə, adını bilmədiyi üçün tərəddüd etdi. Aparıcı Zaur Baxşəliyev dərhal ona "kömək" edərək, nazirin adının Qismət olduğunu bildirdi. Müğənni də onun sözlərini təkrarlayıb tamaşaçılardan alqış istədi. Daha sonra qulaqlıqdan aparıcının səhvini düzəltdilər. O da mikrofondan səsi duyulmasın deyə, İlhamə Quliyevaya düzgün variantı söylədi.


Onu da qeyd edək ki, Zaur Baxşəliyev İlhamə Quliyevanı təqdim edərkən korifeylər korifeyi, Türk dünyasının kraliçası, millət anası, gözəllər gözəli və bu kimi pafoslu ifadələrdən geninə-boluna istifadə etdi. Müğənni də öz növbəsində aparıcını hədsiz dərəcədə təriflədi. Hətta səmimiyyət çərçivəsindən çıxaraq bayağı tərifi xatırladan sözlərə də yer verdi.



Hər bir peşədə yaxşıların yaxşısı olmaq lazımdır. Bunun üçün ilk növbədə yaxşı mütaliə etmək lazımdır...

Könül Aypara

O.M.