"Oskar"lar paylandı!

"Oskar"lar paylandı!

25 Fevral 2013 10:28
Bəyəndim (0) Bəyənmədim (0)
Qırmızı xalıda şıklık yarışı yaşandı: bu ilin favorit rəngi bəyaz oldu

85-ci "Oskar" mükafatlandırma gecəsində ödüllər sahiblərini tapdı. Los-Ancelesdə keçirilən təqdimat gecəsinin aparacılıq stulunda Seth MacFarlane əyləşdi. Oxumeni.az xəbər verir ki, "Ən yaxşı film" nominasiyası üzrə mükafat ABŞ-lı əsgərlərin (CİA) İrandakı 6 Amerika vətəndaşını qurtarmaq üçün düzənlədiyi əməliyyatdan bəhs edən "Argo" adlı film əldə etdi. Hansı ki, filmin baş rol ifaçısı Ben Aflekdir. "Ən yaxşı aktrisa" "Oskar"ı "Silver Linings playbook" filmindəki fəaliyyətinə görə Jennifer Lavrens alarkən, "Ən yaxşı aktyor" mükafat isə "Lincoln" filmi ilə Daniel Day-Levisə uzandı. Gecədə ən yaxşı rejissor ödülü "Life of Pi" filmi ilə Ang Lee, "Ən yaxşı ssenarist" "Argo" - Kris Terrio qazandı, "Ən xüsusi ssenari müəllifi" "Oskar"ını isə "Django Unchained" ilə Quentin Tarantino aldı. "Les Miserables" performansı ilə "Ən yaxşı yardımcı aktrisa" mükafatını Anne Hathaway, "Ən yaxşı yardımcı aktyor"u "Django Unchained" filmi ilə Christoph Waltz əldə etdi.

Difər mükafatlar isə bunlardır:

*** Ən yaxşı vizual rejissor: Claudio Miranda "Life of Pi"

*** Ən yaxşı sənədli film: "Searching For Sugar Man", Malik Bendjelloul və Simon Chinn

*** Ən yaxşı qurğu: "Argo", William Goldenberg

*** Xarici dildə ən yaxşı film: "Amour" (Avstraliya)

*** Ən yaxşı animasiya: "Brave", Mark Andrews ve Brenda Chapman

*** Ən yaxşı orijinal musiqi: "Life of Pi", Mychael Danna

*** Ən yaxşı orijinal mahnı: "Skyfall", Adele Adkins ve Paul Epworth

*** Ən yaxşı istehsal dizaynı: "Lincoln"

*** Ən yaxşı qısa animasiya: "Paperman", John Kahrs

*** Ən yaxşı qısa film: "Curfew", Shawn Christensen

*** Ən yaxşı qısa metrajlı sənədli film: "Inocente", Sean Fine ve Andrea Nix Fine

*** Ən yaxşı səs qurğusu: "Skyfall", Per Hallberg, Karen Baker Landers ve "Zero dark Thirty", Paul N.J. Ottosson

*** Ən yaxşı səs miksajı: "Les Miserables", Andy Nelson, Mark Paterson ve Simon Hayes

*** Ən yaxşı kostyum dizaynı: "Anna Karenina", Jacqueline Durran

*** Ən yaxşı makiyaj və saç: Lisa Westcott ve Julie Dartnell, "Les Miserables"

*** Ən yaxşı vizual effekt: "Life of Pi", Bill Westenhofer, Guillaume Rocheron, Erik-Jan de Boer ve Donald R. Elliott.

Günel Həbib

O.M.