Xalq artisti qripdən qorunmanın yeni üsulunu kəşf etdi!

Xalq artisti qripdən qorunmanın yeni üsulunu kəşf etdi!

23 Fevral 2013 17:37
Bəyəndim (0) Bəyənmədim (0)
Brilyant Dadaşovadan daim cavan və sağlam qalmağın sirri...

Hazırda Türkiyədə yaşayan Azərbaycanın xalq artisti Brilyant Dadaşova qripdən qorunmanın praktik yollarını tapıb. Buna tibb elmində yenilik demək olmasa da, B.Dadaşova xəstəliklərlə mübarizədə xalq təbabətinin üstünlüklərini vurğulayıb. Belə ki, səhnələrin brilyantı bir çox xəstəliklərin tibbi müdaxilə olmadan profilaktik müalicəsinin mümkün olduğuna inanır və bunu gündəlik həyatında sınaqdan çıxardığını bildirir. O, gözəlliyini və gənclik təravətini aktiv həyatla bərabər düzgün qida rasionu ilə əlaqələndirir. Xalq artisti facebook şəbəkəsi vasitəsilə dostlarına ünvanladığı sonuncu statusda aktual problem olan qripdən qorunma məsələsinə toxunub və onlara faydalı məsləhətini verib: "Əziz FB dostlarım, mütləq və mütləq, hər gün zəncəfil yeyin və qrip olmağı həmişəlik unudun". Daha sonra B.Dadaşova bilməyənlər üçün zəncəfilin zahiri görkəmini və təbii göstəricilərini açıqlayıb: "Kartofa bənzəyir, çox acıdır sarımsaq kimi, ancaq qoxusu çox gözəldir". Sonda xalq artisti tövsiyələrinin vacib olduğunu bir daha vurğulayıb: "Onu həyat tərzinə çevirin. Yəni hər gün kök, ya alma, ya kartof, ya çörək kimi iki-üç dişləm zəncəfil. Mütləq".

Ən gözəl məsləhət praktik nümunədir. Brilyant Dadaşovanın zahiri görkəmi onun yanılmadığından xəbər verir...

Könül Aypara

O.M.