Səbinə Babayeva "8 Mart"ı harada keçirəcək?

Səbinə Babayeva "8 Mart"ı harada keçirəcək?

23 Fevral 2013 13:40
Bəyəndim (0) Bəyənmədim (0)
"Cavidan mənə tez-tez hədiyyələr bağışlayır"

Azərbaycanı elə Azərbaycanda keçirilən "Eurovision-2012"-də təmsil edən Səbinə Babayeva haqda yenilik əldə etmişik. "Sevgililər günü"ndə həyat yoldaşından qiymətli hədiyyə aldığını söyləyən Səbinə fikirlərini Oxumeni.az-a açıqladı:

- Cavidan onsuz da mənə tez-tez hədiyyələr bağışlayır. O, hədiyyə verməyi çox sevir. Sevgi qiymətli hədiyyə ilə deyil, diqqətlə ölçülür. Qarşıdan 8 Mart Beynəlxalq Günü gəlir. Bu münasibətlə fürsətdən istifadə edib, sizin sayt vasitəsilə bütün qadınlarımızı, anaları, nənələri təbrik edirəm!

Yeri gəlmişkən, martın 8-də, saat 20.00-da S.Babayeva "Hezz Club"da konsert proqramı ilə çıxış edəcək. Onu seyr etməyə gələnlər arasında həyat yoldaşı da olacaq.

Könül Aypara