"Kral TV" Aygün və Röyaya mükafat verəcək

"Kral TV" Aygün və Röyaya mükafat verəcək

22 Fevral 2013 09:55
Bəyəndim (0) Bəyənmədim (0)
Ancaq nədənsə həmin gecədə Brilliant Dadaşova iştirak etməyəcək

Türkiyənin "Kral" televiziyasının "Kral Muzik Ödülleri" adlı musiqi mükafatı 11 apreldə qaliblərə təqdim ediləcək. Artıq isə nominatların adları bəllidir. Mətbuatın yazdığına görə, səsvermə yolu ilə seçiləcəklər arasında yerli müğənnilərimiz Aygün Kazımova və Röyanın da adı var. Yeri gəlmişkən, hər iki müğənnimizə uğurlar arzulayırıq.
Nominatlar arasında Türkiyənin "TMB" (Türk Musiqi Birliyi) telekanalında "Brilliantla Pırlantalı gecələr" verilişininə aparıcılıq edən Brilliant Dadaşovanın adının olmaması bir çox mətbu orqanlarda sual doğurub. Mətbuat xidmətinə ünvanlanan suallara cavab olaraq bildiririk ki, qaydalara əsasən bu mükafat 2012-ci ildə ən çox satılmış disklər, ən yaxşı serial musiqisi, ən yaxşı film musiqisi, ən yaxşı duet, ən çox dinlənilən mahnılar və s. nominasiyalarda verilir. Brilliant xanım isə ötən il bu ölkədə albom buraxmayıb.

Bir vacib məqamı da unutmaq olmaz ki, Brilliant xanım digər bir musiqi - "TMB" telekanalının ən reytinqli verilişinin aparıcısıdır. TMB telekanalı türk dilli ölkələrdə yayımlanır və türk dilli xalqların musiqisini, mədəniyyətini təbliğ edir. Brilliant xanım bu telekanalda hər çərşənbə axşamı "Brilliantla Pırlantalı gecələr" verilişinə aparıcılıq edir. Onun qısa müddətdə populyarlıq qazanan verilişində Türkiyənin ən öndə gedən sənətçiləri qonaq qismində iştirak edirlər. "TMB" faktiki olaraq "Kral TV"nin rəqibidir. Açığı rəqib telekanalın "TMB" telekanalının aparıcısını musiqi mükafatı ilə təltif edəcəyini gözləmirik.

Onu da qeyd edək ki, bu ildən "Kral Müzik Ödülleri" "Türkiye Müzik Ödülleri" adı altında paylansa da, mükafatın verilməsini təşkil edən təşkilat dəyişməyib. Yəni mükafatları yenə də "Doğuş Yayın Grupu"nun nəzdində fəaliyyət göstərən "Kral" televiziyası verir.

O.M.