“Arzum odur ki, o torpağa qayıdım!"

“Arzum odur ki, o torpağa qayıdım!"

20 Fevral 2013 13:28
Bəyəndim (0) Bəyənmədim (0)
Bu gün Azərbaycanın xalq artisti, muğam ustası Arif Babayevin 75 yaşı tamam olur

Bu gün Azərbaycanın xalq artisti, muğam ustası Arif Babayevin 75 yaşı tamam olur. Yubiley günündə açıqlama verən Arif Babayev, ən böyük arzusunun işğal altında olan Azərbaycan torpaqlarının geri qaytarılması olduğunu dilə gətirib: "Yaxşıyam, özümü də yaxşı hiss edirəm. Səhhətim, səsim də yerindədir. İnsan yaşlananda müəyyən ağrılar olur, amma şükür Allaha, hələ ki yaxşıyam".
Yubileylə əlaqədar çoxsaylı təbriklər aldığını qeyd edən Arif Babayev, heç vaxt hədiyyə götürmədiyini söyləyib: "Dostlarım çağırır ki, bəs bu gün 50 nəfərlə yığışaq, deyirəm yox. Olmur belə. Evdə uşaqlarım, nəvələrim başıma toplaşacaq və elə qeyd edəcəyəm. Ağdamda yubileyim qeyd olundu. Ürəyimdən gələn bir yubiley elədilər, sadə adamlar, qaçqınlar, qonaqlarla birlikdə yubileyimi qeyd etdik".
Arif Babayev ad günündə özünə bunları arzu edib: "Arzum odur ki, torpaqlarımız geri qayıtsın. O torpağa qayıdım. Xalqımıza əmin-amanlıq, salamatçılıq diləyirəm, cəmi balalar, insanlar xoşbəxt olsunlar, müharibə görməsinlər. Həmişə xoş gün nəsibləri olsun. Hər kəsə xoşbəxtlik arzu edirəm!"

O.M.