Röya: "Hər zaman Niyama dəstək olacam"

Röya: "Hər zaman Niyama dəstək olacam"

19 Fevral 2013 11:07
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən Niyam Səlaminin ad günü idi

Dünən müğənni Niyam Səlami doğum gününü qeyd edib. Oxumeni.az-ın məlumatına görə, mərasim mediaya qapalı olub. Gecə saatlarına qədər davam edən ad günündə müğənninin yaxın dostları Röya Ayxan, Rəhim Rəhimli, teleaparıcılar Vüqar Kamiloğlu, Ülviyyə Alovlu və digər yaxınları iştirak ediblər. Müğənni Röya səbəbkarı təbrik edərək, daim ona dəstək olacağını diqqətə çatdırıb: " Hər zaman Niyama dəstək olacam. Bu gün onun doğum günüdür. Mən ona özü arzuladığını arzulayıram. Çünki o, yaxşı olmağa layiqdir".

O.M.