Türkiyənin "o səsi" bəlli oldu!

Türkiyənin "o səsi" bəlli oldu!

19 Fevral 2013 10:21
Bəyəndim (0) Bəyənmədim (0)
"O Ses Türkiye"nin bu sezonu yekunlaşdı

"O Ses Türkiye"nin finalisti bəlli oldu! Belə ki, dünən yarışmanın final gecəsi böyük bir həyəcana səhnə oldu. Onur Uğuş, Berkan Taşkın, Ayda Mosharraf və Mustafa Bozkurt "o səs" olmaq üçün yarışdılar. Nəhayət, sms sayının çoxluğuna görə Mustafa Bozkurt və Ayda Mosharraf finalda üz-üzə gəldilər. Və sonda Mustafa Sandalın komandasını təmsil edən Mustafa Bozkurt liderliyi əldə etdi. O, Türkiyənin bu ilki "O ses"i oldu. Beləcə, populyar ulduz Mustafa Sandal digər münsif heyətinin üzərində də qələbə çaldı və bir addım önə keçməyi bacardı. Onu da qeyd edək ki, yarışmanın qalibinə bir albom və son model avtomobil hədiyyə olaraq təqdim edildi.

Günel Həbib

O.M.