Qadınları geyindirən sima: McQueen

Qadınları geyindirən sima: McQueen

3 May 2011 16:07
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən ilin yanvar ayında evində ölü olaraq tapılan modanın "dahi uşağı" Aleksandr McQueenin dizaynlarından ibarət sərgi açıldı. Nyu-Yorkdakı Metropoliten İncəsənət muzeyindəki açılışa bir çox ünlü qatıldı.

Moda tarixinin ən əhəmiyyətli günlərdən biri! Mərhum ingilis dizayner Aleksandr McQueenin dizaynlarından ibarət 'Alexander McQueen: Savage Beauty' adlı sərgi Nyu-Yorkda moda sevənlərlə görüşdü. Dünən gecə açılan sərgi klassik "qırmızı xalı" tədbirlərindən fərqsiz idi. Gecəyə qatılan bir-birindən məşhur qadınlar gözəllikləri ilə yarışarkən, kimin daha yaxşı geyindiyinə qərar vermək olduqca çətin idi. Sərginin xüsusi dəvətlilərindən biri şübhəsiz ki, moda evinin baş dizayneri Sara Burton idi. Burton ötən cümə günü reallaşan ilin toyunda Keyt Midletonun gəlinliyini hazırlayaraq ad olaraq, bir addım önə çıxmağı bacardı. Bütün gözlər bu nəfəs kəsici sarışın qadının üzərinə kilidlənmişdi. Sara Burton da sərginin ev sahibi kimi qonaqlarla xüsusi olaraq maraqlandı, söhbət etdi.

Gisele Bündxendən tutmuş, Ferci, Rihanna, J.Lo, Mark Entoni Cesika Alba, Beyons, Nayomi Kempbel, Salma Hayek, Rene Zelveger, Madonna,Sara Cessika Pakerə kimi - bütün ünlü simalar sərginin açılışını əldən buraxmayanlar arasındaydı. Dünya şöhrətli xanımlar "McQueen" imzalı paltarları ilə diqqətləri üzərilərinə çəkməyi bacardılar.

Muzey səlahiyyətlilərinə görə, McQueenin dizaynları sərhəd tanımayan bir xəyal gücünün məhsulu olaraq gözə çarpır. Buna görə bir sənət muzeyində onun imzasını daşıyan paltarlara yer vermək böyük bir qürurdur. 1860-1880 və 1950-ci illərdən ilhamlanaraq hazırlanmış siluetlər müasir dövrün romantik havası ilə birləşdirilərək, McQueen dizaynları ilə görüşür. Sərgi 4 mayda xalqa açılıb, 31 sentyabra qədər davam edəcək. Daha çox detal üçün muzeyin saytına girməkdə fayda var.


Yolu Nyu-Yorka düşənlərin baş çəkməsi gərəkən bir sənət modası: 'Savage Beauty'dir.

Günel Həbib

O.M.