İlk dəfə bir serial zirvədəykən bitir!

İlk dəfə bir serial zirvədəykən bitir!

15 Fevral 2013 14:18
Bəyəndim (0) Bəyənmədim (0)
"Muhteşem Yüzyıl" apreldə yekunlaşır

Xatırlayırsınızsa, daha öncə sizlərə "Muhteşem Yüzyıl"ın istehsalçısı və ssenaristi Timur Savcının internetdəki profillərində hədə-qorxu ilə dolu olan mesajlar aldığını yazmışdıq. Düzdür, ssenarist bununla bağlı polisə müraciət etdi, hətta məhkəmənin qapısını belə döydü. Lakin olan "Muhteşem Yüzyıl"a oldu!

Serialı sevməyənlərə yaxşı, xəstələrinə isə pis xəbərimiz var. Öncə dörd sezon çəkilməsi planlaşdırılan, daha sonra bu ilin iyun ayında final bölümü ilə ekrana vida edəcəyi söylənilən layihədə böyük dəyişiklik var. Biz yazaq, siz də xəbərdar olun ki, "Muhteşem Yüzyıl" yeni sezonun aprel ayında Qanuni Sultan Süleymanın "Zigetvar" səfəri ilə yekunlaşır.

O ki qaldı "Tim’s Yapım"a yeni mövsümdə şirkət "İsyan Günlerinde Aşk" və "Kılıç Yarası Gibi" romanlarını ekranlaşdıracaq. Hansı ki, bu romanların qarşılığında müəlliflərə 500 min manat qonorar ödəyib. Yasemin Çonga isə ssenari müəllifi olacaq.

Günel Həbib

O.M.