Amil Həsənoğlu bu gecə ilk məhəbbət etirafını etdi

Amil Həsənoğlu bu gecə ilk məhəbbət etirafını etdi

14 Fevral 2013 11:39
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni avtomobilinin damında “Mən səni sevirəm” kəlmələrini yazdı

Gənc müğənni Amil Həsənoğlu eşqə düşüb. Müğənninin sosial şəbəkələrin birində gecə yarısı paylaşdığı sonuncu statusdan bəlli olur ki, o, olduqca romantik insandır. Odur ki, duyğularını son dərəcə orijinal bir formada ifadə etməyə hazırlaşır. Dostlarına ünvanladığı mesajda "Mənim ilk məhəbbət etirafım... Düz saat 00:00-da" yazan A.Həsənoğlu bu yazını sevdiyi xanımın məhəlləsində qələmə aldığını qeyd edib. "Fikrimcə pis alınmayıb. Sevgilimin pəncərəsinin altında.." deyə müğənni xoş təəssüratla mesajına yekun vurub.

Ruha xitab etmək incəsənətin başlıca hədəfidir. Həyat isə ən incə sənətdir...

Şəlalə Nəriman

O.M.