(VİDEO) Rəhim Rəhimli əsl şou göstərəcək!

(VİDEO) Rəhim Rəhimli əsl şou göstərəcək!

14 Fevral 2013 10:24
Bəyəndim (0) Bəyənmədim (0)
Ulduz müğənnidən ulduzlara xas "Show Rəhimli"

Tanınmış bəstəkar-müğənni, şoumen Rəhim Rəhimli ulduzlara layiq şou layihə ilə televiziya tamaşaçılarının görüşünə gələcək. Oxumeni.az-ın məlumatına görə, sənətçinin bu zamanadək R.R imzasını atdığı digər şoulardan fərqli olaraq "Show Rəhimli" adlı veriliş tam ulduzlara xas formatda təqdim olunacaq. Özünün ulduz layihəsinə əsl ulduzlar kimi hazırlaşan müğənni "Show Rəhimli"nin Azərbaycan teleməkanında ən səviyyəli şou-proqram olacağını deyir: "Yüksək səviyyədə şou təqdim edəcəyik. Qonaqlarımız da incəsənət camiyəsinin, yaradıcı mühitin səviyyəli nümayəndələri olacaq. Gözləyin, əsl şou gəlir!"

Şəlalə Nəriman

O.M.