"Gəbərəcəksən, sadəcə bir seriala görə öləcəksən!"

"Gəbərəcəksən, sadəcə bir seriala görə öləcəksən!"

14 Fevral 2013 10:08
Bəyəndim (0) Bəyənmədim (0)
Ölüm təhditləri yağır...

"Muhteşem Yüzyıl" serialına həyat verən, karyerasına reklamçı kimi başlayan, daha sonra isə serial sektoruna transfer olan, təxminən on beş serialın altına imzasını atan Yusuf Timur Savcı ölümlə hədələnir. Türkiyənin baş naziri R.T.Ərdoğanın ötən ilin dekabr ayında serialla bağlı sərt çıxışından sonra Savcıya öldürüləcəyi ilə bağlı təhdit dolu mesajlar gəlməyə başlayıb. Belə ki, ssenaristin vəkilinin sözlərinə görə, Timur "Twitter"dəki şəxsi hesabında belə bir mətnli mesajla üz-üzə gəlib: "(təhqir)... gəbərəcəksən, sadəcə bir seriala görə öləcəksən!" Mesajı göndərənin ismi E.T. olaraq göstərilir. Xatırladaq ki, hazırda polis bu işin araşdırılması, E.T.-nin kimliyinin ortaya çıxarılması və İP adresin tapılması üzərində iş aparır.

Günel Həbib

O.M.