Castinlə tanış olmağın dəyəri 1400 manatdır!

Castinlə tanış olmağın dəyəri 1400 manatdır!

12 Fevral 2013 09:47
Bəyəndim (0) Bəyənmədim (0)
Heyranlar üçün özəl "tanışma paketi" hazırlandı

Castin Biberin 2 mayda İstanbulda verəcəyi konsertin təşkilatçı şirkəti müğənni ilə bir araya gəlmək istəyən heyranları üçün özəl bir "tanışma paketi" hazırladı. Biberlə tanış olmaq, onula şəkil çəkdirib, imzasını alan fanları bunun üçün 2750 lirə (təxminən 1400 manat), ödəməli olacaqlar. Paketdə "Diamond Circle"yə erkən giriş bileti, starla tanış olma, şəkil çəkdirmə və imzalı albom var. "VİP fan paketi"ndə isə bir ədəd Castin Biber hədiyyə paketi, onun tur proqramı, özəl əl işi olan yaxa kartı və müğənninin konsertinə bilet var.

Günel Həbib

O.M.