Vasif M.: "Toyumda jurnalistlərə çəkiliş üçün icazə verilməyəcək"

Vasif M.: "Toyumda jurnalistlərə çəkiliş üçün icazə verilməyəcək"

12 Fevral 2013 09:28
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni evlənir

Bir müddət öncə nişanlanan müğənni Vasif Məhərrəmli toy etməyə hazırlaşır. O, aprel ayında subaylığın daşını atacağını deyib: "Əvvəl toyun martda olmasını istəyirdim. Amma bu, işlərimin çoxluğundan alınmayacaq. Qərara gəldik ki, mütləq aprel ayında toy edək. Toyda jurnalistlərə çəkiliş üçün icazə verilməyəcək. Məclisə yalnız mənə ən yaxın olan insanlar qatılacaqlar". Sadə toy edəcəyini deyən müğənni bal ayına da getməyəcək: "Bir sıra layihələrim var. Buna görə də bal ayını yaya saxlayacağıq".

O.M.