"Super kimdir?"

"Super kimdir?"

11 Fevral 2013 11:03
Bəyəndim (0) Bəyənmədim (0)
Xalq artisti şoka saldı

Xalq artisti İlhamə Quliyeva şok açıqlama edib. O, məşhur müğənnimizi özünün oğlu kimi təqdim edib. Bu vaxtadək müğənni oğlu haqda heç zaman danışmayan Primadonna ilk dəfə Lider Tv-də yayımlanan "Super kimdir?" verilişinin çəkilişlərində etiraf edib. Aparıcı Novruzun təqdimatında efirə gedən "Super kimdir?" yeni formatda artıq 4-cü buraxılışını yayımlayacaq. Məhz sabah Natəvan Həbibi ən yeni duetini "Super kimdir?" vasitəsilə sevənlərinə təqdim edəcək. Bundan başqa, "Ulduz mahnı" rubrikasında məşhur Azərbaycan mahnısının tarixçəsi və görkəmli ifaçıları haqda danışılacaq. Hər zaman anonim imzası altında yayımlanan bu mahnının adı və müəllifini, eləcə də Youtube-da 42 milyon baxış sayı olan dünya şöhrətli azərbaycanlı müğənnini tanımaq istəyirsinizsə və ən əsası, bu dəfə baş tutacaq ulduz qarşıdurmasında Nüşabə Ələsgərli, yoxsa Aybəniz Haşımovanın qalib gələcəyini bilmək istəyirsinizsə, fevralın 12-si Lider Tv də "Super kimdir?" verilişinə baxmağı unutmayın.

Xatırladaq ki, verilişin layihə rəhbəri və aparıcısı Novruz Məmmədov, baş redaktoru Ülviyyə Alovludur:

https://www.youtube.com/watch?v=9LcnRKoZ0Gc

O.M.