Ayanın yeni klipində Xanım İsmayılqızı və Baba Vəziroğlu rol alacaq

Ayanın yeni klipində Xanım İsmayılqızı və Baba Vəziroğlu rol alacaq

9 Fevral 2013 12:13
Bəyəndim (0) Bəyənmədim (0)
Ədalət Şükürov da “Mən olacağam” deyəcək

Yaradıcılığında durmadan irəliləyişlər edən gənc müğənni Ayan tezliklə "Mən olacağam" adlı klipini tamaşaçılara təqdim edəcək. Mahnının sözləri Baba Vəziroğluna, musiqisi Xanım İsmayılqızına aiddir. Müğənninin dediyinə görə, klipdə mahnının söz və musiqi müəllifləri də rol alacaqlar. Həmçinin müğənni Ədalət Şükürov da klipdə çəkiləcək. Qeyd edək ki, klipin rejissoru Ceyhun İbrahimoğludur.

Fuad Biləsuvarlı

O.M.