"Belə gələcəklərsə, heç gəlməsinlər!"

"Belə gələcəklərsə, heç gəlməsinlər!"

8 Fevral 2013 12:41
Bəyəndim (0) Bəyənmədim (0)
"Grammy" mükafatlandırma gecəsində açıq-saçıq paltarlar qadağan olundu

10 fevral tarixində keçiriləcək "Grammy" ödüllər gecəsini birbaşa yayımlayacaq olan "CBS" səlahiyyətlilərə elektron məktub göndərdi. Bu məktubda kanal gecəyə hansı formada libas geyinilə biləcəyindən yazdı. Onlara görə, yalnız mükafatlandırma gecəsinin qonağı deyil, eləcə də kameraların görüntüləcəyi yerdən keçən seyirçilər də şərtlərə əməl etmək məcburiyyətindədirlər. "Forbes"in yazdığına görə, məktubun mətni belədir:

*** Gecədə iştirak edən hər kəs kanalımızın paltar mövzusundakı şərtlərinə ayaq uydurmalıdır. Xahiş edirik ki, qadınların sinə və ayaq hissələri örtülü olsun. Arxanı, ombanı açıqda qoymaqdan çəkinin. Koftalar, paltarlar üzərində markaların adları olmasın. Paltarlar üzərində xarici dildə yazılmış sözlər qəbul edilməyəcək. Məşhur brendlərin yaxa iynəsi, kəmər kimi adlarını göstərən, reklam xarakteri daşıyan aksessuarlara yol verilməsin.

Günel Həbib

O.M.