Zorik söyüşlə təhqir olunmağı özünə sığışdırmadı!

Zorik söyüşlə təhqir olunmağı özünə sığışdırmadı!

8 Fevral 2013 10:57
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın tanınmış prodüseri və klipmeykeri Zöhrab Ağayev birlikdə çalışdığı müğənni Sultanı döyüb. Zorik açıqlamasında insidentin təhqir səbəbindən baş verdiyini açıqladı: "Birlikdə oturmuşduq. Aramızda kiçik mübahisə düşdü. Sultan məni söydü. Mən də o söyüşü ona keçə bilmədim. Özünü də əməlli-başlı döydüm, avtomobilini də əzdim". Prodüser müğənninin ondan polisə şikayət etdiyini bildirdi: "Sultan məni həm 19-cu, həm də 22-ci polis bölməsinə şikayət edib. Ərizəsində yazıb ki, guya onu ölümlə hədələmişəm. Halbuki, mən ona hədə-qorxu gəlməmişəm. Amma bölmədə onu döydüyümü boynuma aldım və artıq işbirliyimiz bitdi. Qoy hamı agah olsun ki, artıq onunla çalışmıram".

O.M.