Abbas Bağırov avtomobil qəzasında "öldü"

Abbas Bağırov avtomobil qəzasında "öldü"

8 Fevral 2013 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün əməkdar artist Abbas Bağırov "Sev məni" albomunun və eyniadlı klipinin təqdimatını keçirib. Aparıcı İlkin Həsəninin təqdimatı ilə keçirilən tədbirdə müğənninin yaxın dostları - xalq artistləri İlhamə Quliyeva, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər İlqar Muradov, Sevda Ələkbərzadə, şoumen Murad Dadaşov, teleaparıcı Nərgiz Cəlilova, müğənnilər Sevda Yahyayeva, Orxan Babazadə, Zamiq, Səbinə Babayeva və digər tanınmış şou nümayəndələri iştirak ediblər.
Abbas bildirib ki, sözləri Anar Məmmədova, musiqisi özünə məxsus olan mahnının klipində rejissorluğu Türkiyədə Tarkan və digər məşhurlarla çalışan Altan Dönməz edib. Müğənni klipin süjet xəttindən söhbət açıb: "Klipdə tərəf müqabilim ukraynalı xanım idi. Klipdə sevdiyim xanımla aramızda mübahisə yaranır və mən avtomobil qəzası keçirərək, ölürəm. Daha sonra sevdiyim xanım evdə xəbərlər proqramını izləyən zaman eşidir ki, Abbas dünyasını dəyişib və həmin an evə mənim ruhum gəlir və qızın ağladığını görürəm... Bir sözlə klipin fərqli bir süjet xətti var". Sonda sevənləri ilə birgə şəkil çəkdirən Abbas hər bir pərəstişkarına imzalı disk hədiyyə edib.

O.M.