Arif Səlimov təqdimat mərasimində badəni yerə çırpdı

Arif Səlimov təqdimat mərasimində badəni yerə çırpdı

7 Fevral 2013 18:01
Bəyəndim (0) Bəyənmədim (0)
Əməkdaşımızın sualı ifaçını çaşdırdı

Bu gün saat 16:00-da "A.Slounce club"-da bəstəkar-müğənni Arif Səlimovun "O mənəm" klipinin təqdimat mərasimi keçirilib. Tədbirdə Flora Kərimova, Nazpəri Dostəliyeva, Gülyaz Məmmədova, Yaqut Nəriman, Xatun, Ülvi Qılınc, jurnalistlər, şairə Nazilə və bir çox sənət adamları iştirak ediblər. Orijinallığı ilə yadda qalan təqdimat mərasimində səbəbkar mahnısını ifa edərkən əlindəki badəni yerə çırpıb. İfaçı büsbütün mahnının dünyasına qapılmışdı. Bu, onun keçirdiyi hisslərdən bəlli olurdu.

Əməkdaşımız Şəlalə Nərimanın sualı hər kəsin diqqətinə səbəb oldu: "Arif, müsahibəndə demişdin ki, sənin sponsorun yoxdur. Düzünü de, tədbirin keçirildiyi AS klubu sponsorun tərəfindən sənə bağışlanıb?" İfaçının hazırcavablığı özünü gözlətmədi: "Mənim həyatım hər zaman təsadüflərlə doludur. Bu da bir təsadüfdür ki, klipimin təqdimatı məhz AS klubunda baş tutdu".

Şəlalə Nəriman

O.M.