Cinsi bilinməyən müğənni Azərbaycan ifaçını məhkəməyə verəcək

Cinsi bilinməyən müğənni Azərbaycan ifaçını məhkəməyə verəcək

7 Fevral 2013 11:43
Bəyəndim (0) Bəyənmədim (0)
Elvin Babazadə ilə Azis ayrı dünyanın insanlarıdır

Qalmaqalları ilə məşhur olan bolqar müğənni Azis ilə əməkdaşlıq edən prodüser mərkəzi "Eurovision-2013"ün milli seçim turunun iştirakçısı Elvin Babazadəni müəllif hüquqlarını pozmaqda ittiham edib. Milli seçim turunun beşinci həftəsində müğənni Elvin Babazadə İTV-nin efirində Azisin "Sen-Trope" mahnısını Azərbaycan dilində ifa edib. Milli seçim turu iştirakçısının prodüseri Fərhad Köçərli bildirib ki, Azisin "Diapason records" prodüser mərkəzinin nümayəndələri Elvin Babazadə ilə əlaqə saxlayıblar və onu müəllif hüquqlarını pozmaqda ittiham edərək təzminat tələbi irəli sürüblər. Əks təqdirdə məhkəməyə verəcəkləri ilə hədələyiblər. "Biz müəllif hüquqlarını pozmamışıq, çünki trekin bəstəkarı Martin Biolçev olan "Sen-Trope" mahnısının remeyki olduğunu göstərmişik. Bildiyimizə görə, Elvin Babazadənin ifası Bolqarıstan KİV-də də müzakirə olunur. Azis onun mahnısını daha yaxşı oxuyan və tamaşaçıların xoşuna gələn müğənnilərin olması faktı ilə barışmalıdır. Biz prodüser mərkəzinə yazılı qaydada cavab verəcəyik. Məhkəmədən qorxmuruq, çünki doğru olduğumuza əminik", - deyə F.Köçərli bildirib. Prodüserin sözlərinə görə, Elvin Babazadə bu qalmaqal haqqında danışmaq istəmir və bunu özünü Azislə bir tutmaq istəməməsi ilə izah edir, çünki onlar ayrı-ayrı dünyaların adamlarıdırlar.

O.M.