VİDEO: Arif Quliyevin vəziyyəti yaxşıdır

VİDEO: Arif Quliyevin vəziyyəti yaxşıdır

6 Fevral 2013 12:28
Bəyəndim (0) Bəyənmədim (0)
"Həkimlərin sözlərinə görə, ürək təzyiqimdə problem var"

Xalq artisti Arif Quliyevin səhhəti stabilləşib. Bu barədə açıqlama verən sənətçi özünü bir qədər yaxşı hiss etdiyini deyib: " Dünən qəflətən halım pisləşdi. Həkimlərin sözlərinə görə, ürək təzyiqimdə problem var. Hazırda evdə həkim nəzarətindəyəm. Sağ olsunlar, sənətçi dostlarım məni yaddan çıxartmadılar. Səhhətimin pisləşməsi onları da narahat etdi. Dünən axşamdan Ramiz Əzizbəyli, Tahir İmanov, İlham Namiq Kamal, Ağadadaş Ağayev və bir çoxları mənə zəng edib, vəziyyətimin nə yerdə olduğu soruşdular.

Xatırladaq ki, xalq artisti Arif Quliyevin səhhəti ötən gün ATV-nin "Ümid var" verilişinin canlı yayımında qəfildən pisləşmişdi.

O.M.