Kristal Mədinə: “Şou biznesdə dostum yoxdur”

Kristal Mədinə: “Şou biznesdə dostum yoxdur”

5 Fevral 2013 19:49
Bəyəndim (0) Bəyənmədim (0)

Adətən müsahibələr uzun-uzadı, yorucu olur. Bu dəfə isə söhbətim ayaqüstü alındı. Necə deyərlər, təki həmişə ayaqlarımız üstündə dura bilək...

- Mədinə xanım qrupunuz haqda danışardınız, necə oldu ki, Kristal qrupunu yaratdınız?

- Bir gün yatdım, gecə yuxuda kristalı gördüm. Bax belə (gülür). Bu il, inşallah, 10 yaşımız tamam olacaq. Bütün qruplarda olduğu kimi ötən illər ərzində bizim qrupda da dəyişikliklər olub. Bu, müxtəlif səbəblərdən baş verib. Ailə quranlar çox olub ki, sonradan oxumağa əlvida deyiblər. Təbii ki, başqa səbəblərdən də qrupu tərk edənlər olub.

- Həm qrup rəhbəri, həm prodüser, həm də mahnıların söz yazarı, bu qədər işin öhdəsindən necə gəlirsiniz?

- Çətindir. Amma mənə çox vaxt "Dəmir ledi" deyirlər. Yəqin ki, ondan irəli gəlir. Qaldı ki söz yazmağa, çoxdandı yazmıram.

- Əvvəllər bəstəkar Novruz Aslanla bir çox iş birlikləriniz olub. Yenə də əməkdaşlığınız davam edirmi?

- Bəli, Novruz müəllim həmişə bizimlədir.

- Qalmaqallara münasibətiniz necədir?

- Əvvəllər çox sadə idi, həmin dəqiqə cavablarını verirdim. Özü də necə lazımdı. Amma indi bir az səbirli olmuşam və çalışıram təmkinli olum. Heç kimi qınamıram. Bəzən elə olur ki, cavab verməlisən və cavab verirsənsə, düşürsən qalmaqala. Şou-biznesdə yalan qalmaqal quranlara çox pis baxıram, desəm necə pis, kobud səslənər. Ona görə sussam yaxşıdı.

- Bildiyimizə görə, nişanlısınız. İnşallah, toy nə vaxtdır?

- İnşallah, olanda lazım olan insanlar biləcək.

- "Kristal" qrupunu "Eurovision"da görürsünüz?

- Niyə də yox, hər bir sənətçi üçün Azərbaycanı təmsil eləmək lazımdı.

- Şeron, N-brothers, Qala qrupu. Bu qruplardan hansını özünüzə rəqib görürsünüz?

- Hər bir qrupa hörmətim var. Sadəcə onlar bəylər, biz xanımlarıq.

- Şou-biznesdə hansı müğənnilərlə dostluq edirsiniz?

- Şou biznesdə dostum yoxdur, sadəcə hörmət elədiyim insanlar var.

- Çoxları şou-biznesə şou kimi yox, biznes kim baxır. Bəs siz necə?

- Azərbaycan şou-biznesinə hamı ancaq biznes kimi baxır. Yalnız Kristal qrupu rəqsləri ilə şou göstərir. Kristala baxıb müğənnilərin çoxu rəqs etməyə başlayıb. Bu sevindirici haldır.

- 2013-cü ildə sizdən hansı yenilikləri gözləyək?

- Allah yolumuzu açıq eləsin. Çox yeniliklər gözləyirəm.

Fuad Biləsuvarlı

O.M.