İlkin rəy: Arif Quliyev infarkt keçirmiş ola bilər

İlkin rəy: Arif Quliyev infarkt keçirmiş ola bilər

5 Fevral 2013 18:42
Bəyəndim (0) Bəyənmədim (0)
Obyektiv səbəblərdən verilişin formatı qismən dəyişdi

18:42

Canlı yayında səhhəti pisləşən Arif Quliyevə təcili tibbi yardım göstərilir. "Ümid var" verilişinin reklam fasiləsi zamanı ATV kanalı ilə əlaqə saxladıq. Bizə məlumat verildi ki, xalq artistinin vəziyyəti hələ də stabil ağır olaraq qalır. Onu Təcili Tibbi Yardım Stansiyasına çatdıracaqlar. Həkimlərin ilkin rəyinə görə, xalq artistinin mikro-infarkt keçirdiyi ehtimalı böyükdür, ona görə də onun ambulator şəraitdə müalicə alması vacibdir.

-----------------

18:30

Arif Quliyev canlı yayında özündən getdi. Bu gün ATV kanalının canlı yayımında xalq artisti Arif Quliyevin halı qəflətən pisləşib. Bu dəqiqələrdə ona həkim yardımı olunur.

Xatırladaq ki, verilişin ikinci hissəsində müzakirəyə qoyulan övlad-ata münasibətlərindəki soyuqluq məsələsi qızğın müzakirəyə səbəb olmuşdu. Bu zaman Arif Quliyevin halının dəyişməsi aparıcı Zaur Baxşəliyevin diqqətindən yayınmadı. Hiss olunurdu ki, xalq artisti mərhum oğlu ilə bağlı fikirlərə qapılıb. Bu da təcrübəli aparıcının hadisəyə yerində müdaxiləsinə səbəb oldu. Lakin A.Quliyev gözlənilmədən huşunu itirərək yerə yıxıldı.

Xatırladaq ki, xalq artisti Arif Quliyev ötən ilin sonlarında ağır xəstəlik keçirib.