SON-DƏQİQƏ: Arif Quliyev canlı yayında özündən getdi

SON-DƏQİQƏ: Arif Quliyev canlı yayında özündən getdi

5 Fevral 2013 18:30
Bəyəndim (0) Bəyənmədim (0)
Xalq artisti mərhum oğlunun dərdinə dözmədi

Arif Quliyev canlı yayında özündən getdi. Bu gün ATV kanalının canlı yayımında xalq artisti Arif Quliyevin halı qəflətən pisləşib. Bu dəqiqələrdə ona həkim yardımı olunur.

Xatırladaq ki, verilişin ikinci hissəsində müzakirəyə qoyulan övlad-ata münasibətlərindəki soyuqluq məsələsi qızğın müzakirəyə səbəb olmuşdu. Bu zaman Arif Quliyevin halının dəyişməsi aparıcı Zaur Baxşəliyevin diqqətindən yayınmadı. Hiss olunurdu ki, xalq artisti mərhum oğlu ilə bağlı fikirlərə qapılıb. Bu da təcrübəli aparıcının hadisəyə yerində müdaxiləsinə səbəb oldu. Lakin A.Quliyev gözlənilmədən huşunu itirərək yerə yıxıldı.

Xatırladaq ki, xalq artisti Arif Quliyev ötən ilin sonlarında ağır xəstəlik keçirib.

Şəlalə Nəriman

O.M.