Müğənni Çingiz Mustafayev gecə saatlarında qız üstündə döyüldü

Müğənni Çingiz Mustafayev gecə saatlarında qız üstündə döyüldü

5 Fevral 2013 10:57
Bəyəndim (0) Bəyənmədim (0)
Onun cəbhəsindən nə səs var, nə də soraq!

"Yeni Ulduz - 7" musiqi yarışmasının qalibi gənc müğənni Çingiz Mustafayev ötən gün gecə saatlarında döyülüb. Qulaqdan-qulağa yayılan xəbərə görə, müğənni naməlum şəxslər tərəfindən hücuma məruz qalıb. Hadisə nəticəsində Çingizin üzünə və bədəninin bir neçə yerinə zərbələr dəyib. Müğənniyə yaxın olan mənbənin verdiyi məlumata görə, hadisə Çingizin maşınına minmək istədiyi zaman baş verib. Hadisəyə səbəb bir neçə şəxsin müğənninin yanında olan xanımların birinə söz atması olub. Məsələylə bağlı Çingiz Mustafayevin özü ilə əlaqə saxlamağa çalışsaq da, heç bir nəticə əldə edə bilmədik.

O.M.