Tarkan Kəmaləddin Heydərovun mahnısını ekranlaşdıracaq

Tarkan Kəmaləddin Heydərovun mahnısını ekranlaşdıracaq

5 Fevral 2013 10:51
Bəyəndim (0) Bəyənmədim (0)
"Səndən nigaranam"a yeni klip gəlir...

Bir müddətdir ki, Tarkanın musiqisi Kamala, sözləri isə Baba Vəziroğluna məxsus "Səndən nigaranam" mahnısını ifa edəcəyi barədə məlumatlar yayılıb. Hətta Tarkan həmin mahnını öz yeni albomuna da daxil edib. Qeyd edək ki, "Səndən nigaranam" mahnısını xalq artisti Aygün Kazımova oxusa da, daha sonra bir sıra müğənnilər məhz bu mahnını oxumağa üstünlük vermişdilər.Onların arasında Aygün Hümbətova və özbəkistanlı Nəsibə Abdullayeva da var. Xatırladaq ki, Tarkanın Bakıya və Qəbələyə səfər edəcəyi barəsində məlumatlar həmişə də təkzib olunub. Hələ ki, səfər barəsində xəbəri dəqiq bilməsək də, Tarkanın sözügedən mahnıya klip çəkəcəyi dəqiqdir.

O.M.