Aybəniz Haşımova əməliyyat olundu

Aybəniz Haşımova əməliyyat olundu

5 Fevral 2013 10:40
Bəyəndim (0) Bəyənmədim (0)
"Həkimlərə minnətdaram, mənim köməyimə çatdılar"

Azərbaycanın sevilən sənətçisi Aybəniz Haşımova əməliyyat olunub. Belə ki, müğənninin görmə qabiliyyətində problem yarandığından o, yerli özəl klinikaların birinin qapısını döyməli olub. Və sonda nəticə onu xeyli məmnun edib. Aybəniz Haşımova, "Klinikaya böyük təşəkkür edirəm. Hər zaman mənə və mənim əziz dostlarıma dəstək olurlar. Xüsusilə həkimlərə minnətdaram. Bu gündən məni artıq eynəkdə görəcəksiniz, əziz dostlar. Sağ olsun klinika, köməyimə çatdı", - deyə açıqlama verib.

Könül Aypara

O.M.