Onunla görüşmək istəyirsinizsə, tələsin!

Onunla görüşmək istəyirsinizsə, tələsin!

4 Fevral 2013 10:28
Bəyəndim (0) Bəyənmədim (0)
Castin Biber İstanbula gəlir...

Bap-balaca boyu olsa da, dam dolusu toyu olan Castin Biber sosial şəbəkələrdəki "qışqırıq" səslərinə səs verdi. O, türk heyranlarını sevindirdi - "İstanbula gəlirəm!"

Oxumeni.az-ın xəbərinə görə, türk heyranları virtual da olsa, Castinə səslənmiş, onu ölkələrinə dəvət etmişdilər. Nəhayət, onların bu istəkləri ürəklərində qalmadı. Biz deyək, siz də bilin ki, gənc, amma dünya miqyaslı müğənni 2 may tarixində Maslakdaki "İTÜ" stadionunda heyranları ilə bir araya gələcək.

Onu da qeyd edək ki, Rihanna da may ayında İstanbulun qonağı olacaq.

Günel Həbib

O.M.