Bu gün dünya şöhrətli Şakiranın 36 yaşı tamam olur

Bu gün dünya şöhrətli Şakiranın 36 yaşı tamam olur

2 Fevral 2013 11:15
Bəyəndim (0) Bəyənmədim (0)
Onun həyatı...

Livan əsilli Kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisa Şakira 2 fevral, 1977-ci ildə Kolumbiyada anadan olub. 90-cı illərin sonlarından etibarən tanınmağa başlamış müğənni pop, latin pop, pop rok, latın rok kimi musiqi janrlarının ən vacib şəxslərindən biridir. Yarı ərəb, latın milli rəqsləri onu sevdirən cəhətlərindən biridir.
Həmçinin bəstəkar olan müğənni 2 dəfə "Gramm"y, 7 dəfə "Latın Grammy", 22 dəfə "Billboard Latın Musiqi Mükafatı"nı qazanıb. Sadəcə, studiya albomları dünya səviyyəsində 75 milyondan artıq satılıb. Bu rəqəm ümumi musiqi albomları ilə bir yerdə 100 milyondan artıq olar. Təkcə Amerikada albomları 10 milyona yaxın satılıb. O, ən çox albomu satılan Kolumbiyalı müğənnidir. "Hips Don't Lie" sinqlı 20 milyondan çox satılaraq son 10 ilin ən çox satılan sinqlı olub. 2010-cu ildə səsləndirdiyi Dünya Kuboku musiqisi olan "Waka Waka" 5 milyondan artıq satışla ən çox satılan "Dünya Kuboku" musiqisi olub. Musiqi "Youtube"də 215 milyondan artıq baxış sayıyla üçüncü ən baxımlı klip olub. Şakira Amerika, Avstraliya və İngiltərədə ən çox yüksələn cənubi amerikalı müğənnidir.

O.M.