Şou-biznes jurnalistlərini sürpriz gözləyir

Şou-biznes jurnalistlərini sürpriz gözləyir

1 Fevral 2013 15:22
Bəyəndim (0) Bəyənmədim (0)
Televiziyada fərqli bir layihəyə start verilir

Azərbaycanda şou-bizneslə bağlı möhtəşəm layihələr hazırlanır. Tanınmış televiziya aparıcısı İlahə Nizamiqızı açıqlamasında sözügedən layihədə aparıcılıq missiyasını özünün edəcəyini deyib: "Böyük bir layihələr üzərində işlər gedir. Təşkilatçılar mənim də həmin layihədə olmağımı istədilər. Yaxın günlərdə möhtəşəm layihələrlə gələcəyik. Hər kəs bizim gördüyümüz işlərdən danışacaq. Hal-hazırda bir çox layihələr üzərində işlər gedir. Və mən də həmin layihələrdə yaxından iştirak edirəm". İ.Nizamiqızı aparıcılıqla yanaşı təşkilatçılıqla da məşğul olduğunu bildirdi: "Artıq məni həm aparıcı kimi, həm də təşkilatçılarla birlikdə görə biləcəksiniz. Ola bilsin ki, bir layihədə aparıcı oldum, ancaq digər layihələrdə isə təşkilatçılar tərəfindən layihələrin idarə olunması baxımından mənə başqa bir iş həvalə olundu. İnanıram ki, layihələri bəyənəcəksiniz. Əminliklə deyə bilərəm ki, layihələrimiz çox maraqlı olacaq və demək olar ki, bütün layihələr şou-bizneslə əlaqədar olacaq. Təbii ki, şou-biznes yazarlarımız üçün də sürprizlərimiz olacaq. Gözləyin!" Qeyd edək ki, layihələrin hansı telekanalda yayımlanacağı hələlik bəlli deyil.

O.M.