Pərviz Bülbülə nişanlanıb

Pərviz Bülbülə nişanlanıb

1 Fevral 2013 12:06
Bəyəndim (0) Bəyənmədim (0)

Rejissor Aynurə Tahirqızı, aparıcı Zaur Nəbioğlu və müxbir Aytac Bayramzadənin birgə ərsəyə gətirdikləri "Rəngarəng" verilişinin budəfəki qonağı tanınmış meyxanaçı Pərviz Bülbülədir. Meyxanaçının şəxsi həyatı ilə bağlı özəl açıqlamalar məhz "Rəngarəng"də olacaq. Tanınmış meyxanaçı nişanlanıb. Pərviz haqda danışan qonaqlar sırasında onun atası, anası, nənəsi, həmçinin məşhur həmkarları - Rəşad Dağlı, Ağamirzə, Ağa Kərim və müğənni Elton Heseynəliyev də var. Meyxanaçının nənəsi xalq artisti Aygün Kazımova və tanınmış müğənni Röya Ayxan haqda dedi: "Aygünlə Röyanı apar qaytar". "Rəngarəng"in şou-biznes aləmində yeni gündəm yaradacağı bu buraxılışını izləmək üçün bu gün saat 21:00-da gözünüz "Lider TV"də olsun.

O.M.