Beyons etiraf etdi ki...

Beyons etiraf etdi ki...

1 Fevral 2013 10:34
Bəyəndim (0) Bəyənmədim (0)
"Yorulana qədər himni təkrarladım..."

Dünya şöhrətli Beyons Amerika prezidenti Obamanın ikinci and içmə mərasimində himni səsləndirərkən "playback"dən (fonoqrama) istifadə etdiyini etiraf etdi: "Yorulana qədər himni təkrarladım və orkestrla məşq etməyə zamanım qalmadı. Səsimi kontrol edə bilməyəcəyim bir şərait idi, ona görə də risk etmədim. Himni səsləndirəcəyim yer ABŞ prezidentinin and içmə mərasimi idi. Həm onu, həm də ölkəmi qürurlandırmaq istədim. Bu səbəbdən də musiqi dünyasında olduqca populyar olan bir yola əl atdım. Və performansımla qürur duyuram". Oxumeni.az onu da xəbər verir ki, Beyons Noules onu tənqid edənlərə cavab olaraq mətbuat konfransı keçirib. Konfransın açılışında star himni canlı olaraq səsləndirib və bunu bacardığını sübut edib.

Günel Həbib

O.M.