Rüfət Mehdiyev artıq iki ildir ki, aramızda yoxdur

Rüfət Mehdiyev artıq iki ildir ki, aramızda yoxdur

1 Fevral 2013 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın tanınmış müğənnilərindən olan Rüfət Mehdiyevin vəfatından 2 il ötür. Xatırladaq ki, müğənni iki il əvvəl bu günün gecəsində saat 03.00 radələrində qəflətən dünyasını dəyişmişdi. Mərhumun yaxınları onun beyninə qan sızması nəticəsində vəfat etdiyini demişdi. Qeyd edək ki, Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində (1976-1986), Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb (1986-1992). O, 1989-cu ildən musiqi ilə məşğul olmağa, 1992-ci ildən isə müğənnilik fəaliyyətinə başlamışdı.

Allah rəhmət eləsin!

O.M.