"Məni heç kim sifarişlə verilişdən çıxara bilməz!"

"Məni heç kim sifarişlə verilişdən çıxara bilməz!"

2 May 2011 12:54
Bəyəndim (0) Bəyənmədim (0)


Əgər xatırlayırsınızsa, "Lider" telekanalında bəstəkar Murad Arifin iştirakı ilə "Solo" layihəsi yayımlanırdı. Amma çox keçmədi ki, Murad telelayihədən uzaqlaşdırıldı (baxmayaraq ki, açıqlamasında bunu danır). Onu Ayaz Qasımov əvəzlədi. Aparıcılıqda son dərəcə həvəsli görünən Ayaz da qara stulda çox otura bilmədi. Çox keçməmiş o da nədənsə verilişdən kənarlaşdırıldı. Deyilənlərə görə, buna səbəb "sifariş"dir. Daha doğrusu, əldə etdiyimiz məlumata görə, A.Qasımov kiminsə sifarişi nəticəsində "Solo" layihəsindən kənarlaşdırılıb. Məlumatı dəqiqləşdirməkdən ötrü müğənni ilə əlaqə saxlayıb, baş verənlər barəsində suallarımızı verdik.


A.Qasımov:


- Bütün bunlar cəfəngiyatdır! Məni heç kim, özü də sifarişlə verilişdən uzaqlaşdırmayıb. Sadəcə olaraq, yaradıcılığım arxa plana keçmişdi, mən də bunu görüb, yenidən öz sənətimin başına keçməyi düşündüm.


- Aradan xeyli vaxt keçib, amma sənətinizdə hələ də bir yenilik yoxdur axı... Depressiya məsələsi ilə bağlı deyil ki?


- Xeyr, əsla! Yeni mahnılar üzərində işləyirəm, yeni kliplərim olacaq. Bundan başqa, albomum da işıq üzü görəcək.


- Albomun adı nə olacaq?


- Hələlik bəlli deyil, hansı mahnı uğur qazanacaqsa, onun da adına hazırlanar, çox güman ki.


- Daha sonra yenidən veriliş aparmaq fikriniz varmı?


- Bəli, var. Amma bu dəfə başqa telekanalda. Artıq təklif almışam. İşlərimi yoluna qoyum, sonra bu barədə düşünəcəyəm.


Solo bir nəfərin ifası deməkdir. Bu verilişin aparıcıları da nədənsə sonda tək qalırlar...


Könül Aypara


O.M.