Röya Ayxanın fanatı dünyasını dəyişib

Röya Ayxanın fanatı dünyasını dəyişib

29 Aprel 2011 12:15
Bəyəndim (0) Bəyənmədim (0)

Valideyn himayəsindən məhrum olmuş 17 yaşlı Nuru Röya Ayxanın ən fəal fanatlarından biri olub. O, sevimli müğənnisinin bütün çəkilişlərində, konsertlərində iştirak edib. Nuru qohumlarının evində boya-başa çatıb. O, uzun sürən ağır xəstəlikdən əziyyət çəkib və dünən gecə saatlarında dünyasını vaxtsız dəyişib.

Hələ xəstəxanada müalicə olunan zamanlar Röya dəfələrlə onu ziyarətə gəlsə də, hələ ki, müğənni fanatının ölümündən xəbərsizdir. "Röya bu gün bir çox çəkilişlərdə olmalıdır, onun əhvalının pozulması bu çəkilişlərə son qoya bilər. Elə bu üzdən də Nurunun ölüm xəbərini ondan gizlətmək məcburiyyətində qalmışıq. Günortadan sonra hər şeyi Röyaya bildirəcəyik", - deyə açıqlama verən müğənninin prodüseri mərhum Nurunun üç mərasiminin bütün xərclərini öz boyunlarına götürdüklərini də əlavə etdi.

Allah rəhmət eləsin!


Könül Aypara


O.M.