"Kaş ki, ... yanımda olardı"

"Kaş ki, ... yanımda olardı"

29 Aprel 2011 12:00
1 005
Bəyəndim (1) Bəyənmədim (0)

14 martda məruz qaldığı silahlı hücumdan sonra Almaniyada müalicəsini davam etdirən İbrahim Tatlısəsdən xoş xəbərlər gəlməyə davam edir. Ünlünün meneceri Eyüp Kanat açıqlama verib: "İbrahim bəyin müalicəsi sürətlə davam edir. Onun səhhəti hər gün daha çox müsbətə doğru dəyişir. Yatdığı yataqdan yalnız təbii ehtiyaclarını qarşılamaq üçün ayağa qalxır. Ancaq sol tərəfi iflic olduğu üçün qısa-qısa addımlar ata bilir. Sevənləri kədərlənməsin. Hər şey yaxşı olacaq. Dualarınız əskik olmasın".

Aldığımız digər məlumata əsasən İbo "Kaş ki, İdo gəlsin. Onun qoxusu üçün çox darıxmışam", - deyə söyləyib.

Allah şəfa versin!

Nəhayət ki, Tatlısəsdən tatlı xəbər də gəldi.

Günel Həbib

O.M.