Türk müğənnisini həbs gözləyir?!

Türk müğənnisini həbs gözləyir?!

29 Aprel 2011 11:07
Bəyəndim (0) Bəyənmədim (0)


Tuğba Özayın hiyləgər planı alt-üst oldu?

Müğənni ötən il son model "BMW" markalı avtomobili ilə qəzaya uğramışdı. Bu qəzanın xərcini öz cibindən ödəmək istəməyən Tuğba başqa bir çıxış yolu tapdı. O, sığortadan zərərini qarşılamaq üçün pul almaq istədi. Ona görə də maşınının oğurlandığını söyləyərək, polis bölməsinə müraciət etdi. Daha sonra ortaya çıxdı ki, sən demə, avtomobil oğurlanmayıbmış.

Yazılan xəbərlərə görə, Tuğba Özay belə bir plan hazırlayıbmış. Və aparılan araşdırmalardan sonra bunun nə qədər doğru olub-olmadığı ortaya çıxacaq. Əgər doğru olacaqsa, o zaman Tuğbanı 3 ilə qədər həbs cəzası gözləyir.

Çıxılmaz vəziyyətdə qalan məşhur ulduz indi də öz avtomobilini oğurlatmaq üçün oğrulara müraciət etmək fikrinə düşəcək.

Günel Həbib

O.M.