Sezen Aksu avtobusda klip çəkdirdi

Sezen Aksu avtobusda klip çəkdirdi

28 Aprel 2011 16:45
Bəyəndim (0) Bəyənmədim (0)

Türk pop musiqisinin "minik sərçəsi" ilk dəfə oğlu Mithatcanla birlikdə klipə çəkildi. Aksu klipdə əsasən turistlərin istifadə etdiyi üstü açıq avtobusla şəhər turuna çıxdı, ortaya rəngarəng görüntülər hasil oldu.

Havanın günəşli olmasından istifadə edən ulduz avtobusda həm klip çəkilişini gerçəkləşdirdi, həm də sevənlərinə öpüşlər göndərib, onları salamladı. Çəkilişlər zamanı xüsusi köməkçi karvan da üstü açıq avtobusu izlədi. Paparasiyanın uzaqdan onu çəkdiyini görən Sezen "Vay" adlı mahnısına klip çəkdiyini dilə gətirdi. Onun 31 yaşlı oğlu Mithatcan da anasına gitara ilə həmkarlıq etdi. Sahil boyu ara-ara dincələn komanda heyətini qıraqdan maraqla izləyənlərin sayı durmadan artdı.


Klip bizim avtobuslarda çəkilsəydi, tüstü effekti havayı olardı...


Günel Həbib


O.M.