"Hilton" imperiyasının sahibəsi döyüldü

"Hilton" imperiyasının sahibəsi döyüldü

28 Aprel 2011 16:38
Bəyəndim (0) Bəyənmədim (0)

Paris Hiltonu ötən il manyak bir heyranı addımbaaddım izləyirdi. Hətta iş o yerə çatmışdı ki, qoruyucuların yoxluğundan istifadə edərək onun evinə girmiş, kumirini çox qorxutmuşdu. Uzun müddət qorxusundan evinə ayaq basmayan Hilton da məhkəməyə baş vurmuşdu.

Məhkəmə dünən Los-Ancelesdə yenidən start götürdü. Ancaq Hiltonun evinə zorla girməkdə mühakimə olunan Ceyms Reynford çıxışda populyar xanıma və sevgilisi Si Veitsə hücum edincə ortalıq qarışdı. Veitsin qolundan yapışan və qışqırmağa başlayan Reynford məşhur cütü xeyli qorxutdu. Hiltonun cangüdənləri qısa müddətdə hücumçunu təsirsiz hala gətirdilər.

Bu hadisədən sonra Reynnfordun hücum maddəsi ilə mühakimə olunacağı və üç il həbs cəzası alacağı gözlənilir.


Dəliyə baş qoşanın öz ağlına şübhəsi olmalıdır...


Günel Həbib


O.M.