VİDEO:Ramazzo Roma Türkiyədə tutuldu

VİDEO:Ramazzo Roma Türkiyədə tutuldu

18 Aprel 2012 12:25
Bəyəndim (0) Bəyənmədim (0)
O, özünü azəri kimi təqdim edirmiş!

Azərbaycanlı müğənnilərdən qonşu Türkiyənin şou-biznesinə qatılmaq istəyənlər çoxdur: Brilliant Dadaşova, Aygün Kazımova, Leyla Ramazanlı, Yeganə və s. Nəinki sənətkarlar, hətta bir çox peşə sahibləri də Türkiyədə tanınmaq arzusundadırlar. Axı hansı rəssam istəməz ki, xarici ölkədə əsərlərinin sərgisi keçirilsin və ya hansı modelyer istəməz ki, onun hazırladığı geyimlər Türkiyə podiumunda təqdim olunsun? Modelyer demişkən, Ramazzo Roma yadıma düşdü. Əslində, onu yadıma salan Türkiyə mediasının iyrənc açıqlaması oldu. Bəli, Türkiyədə özünü azərbaycanlı modelyer kimi təqdim edən Ramazzo Roma sən demə, qonşu ölkədə başqa "peşə" ilə məşğul imiş!

Son günlər Türkiyədə hüquq-mühafizə orqanlarının keçirdikləri reyd zamanı bir çox narkotik vasitələrinin alqı-satqısı ilə məşğul olan şəxslər yaxalanıblar və bu proses hələ də davam etməkdədir. Həmin şəxslər arasında türk sənətçiləri ilə yanaşı adlı-sanlı iş adamları və ya həmin iş adamlarının övladlarının adları da hallanmaqdadır. Əməliyyatçılar həmçinin bir çox məkanlarda əxlaqsızlıq yuvaları da aşkarlayıblar. Hansı ki, bu əxlaqsızlıq yuvalarından birinin başında Ramazzo dayanıbmış!

Artıq altı aya yaxındır ki, əməliyyatçılar tərəfindən nəzarətə götürülərək, hər bir addımı izlənilən Ramazzo haqda türk mətbuatında bunlar yazılır:

"Əsl adı Ramaz Şamanuoridir. Hər kəs onu azərbaycanlı zənn etsə də, kökü gürcüdür. İllər öncə Türkiyəyə gələrək, özünü azərbaycanlı kimi təqdim edib. Burada əxlaqsızlıq etməklə pul qazanmağa başlayıb. "Bəyoğlu"nda kirayələdiyi evdə internet vasitəsilə müştərilər toplayıb. Həmçinin ucuz gecə klublarında seks şou göstərib. Zaman keçdikcə özünü tanıda bilib və beləcə, aldada bildiyi qızları satmağa başlayıb. Qəfildən həyatına Türkiyədə yaxşı tanınan bir təşkilatçı daxil olub. O, Romadakı "işığı" dərhal görüb. Birlikdə hərəkətə keçiblər. Məqsəd isə aydındır...

Ucuz gecə klublarında və "Bəyoğlu"nun küçələrində yaxşı tanınan Romaya tələsik "modelyer" imici çizilib. Sözügedən tanınmış təşkilatçının təşkil etdiyi gözəllik yarışmalarına dünyanın dörd bir tərəfindən gələn gözəl qızlar üçün geyimlər hazırlanıb. Hansı ki, bu geyimlər sonda Romanın təqdimatında təqdim edilib. Halbuki, onun modelyerlikdən heç bir anlamı olmayıb. Beləliklə, adı önə çıxarılıb və nəticədə ətrafına minlərlə gözəllər toplaya bilib. Unlü olmaq eşqiylə alışıb-yanan qızlar aldadılaraq varlı müştərilərə satılıb. Xarici ölkələrdən gözəllik yarışmasının iştirakçısı adı ilə gətirilən qızların şəxsiyyət vəsiqələri əllərindən alınıb. Daha sonra elə vəziyyət yaradılıb ki, qızlar bir daha geri dönə bilməyiblər. Tanınmaq istəyən qızlara, "hər şeyin bir yolu var", - deyən Ramazzo ilə əlbiri – tanınmış təşkilatçı qızları əxlaqsızlığa məcbur ediblər. Nəticədə özləri külli miqdarda var-dövlətə sahib olublar.

Romanın Türkiyədə iki möhtəşəm villası var. Lüks avtomobillər və villalarındakı fotolar bunu bir daha sübuta yetirir. O, bu yolla tez bir zamanda milyonlarla dollar mənimsəyə bilib. Yaxın çevrəsi Romanı " İstanbulun yeni Manukyanı" adını belə veriblər".

Onu da xatırladım ki, Ramazzo Roma xalq artisti Aygün Kaımovanın da yaxın dostlarından biridir...

Videoya baxmaq üçün buraya klik edin.

Könül Aypara

O.M.